Basketbol üzrə Sankt-Peterburq şəhərinin qadınlardan ibarət komandasının məşqçisi oyun zamanı ölüb.
Viktor Korolyov 53 yaşında olub. O, Rusiya birinciliyinin bürünc medalları uğrunda keçirilən qarşılaşma zamanı dünyasını dəyişib.
“Sankt-Peterburq-1” və “Moskva-3” komandaları arasındakı görüş birincilərin məşqçisinin huşunu itirməsilə əlaqədar 9-cu dəqiqədə dayandırılıb.
Mərhumun ölüm səbəbi açıqlanmır.//Oxu.az