Videobloger Ata Abdullayev barəsində seçilən həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilib.
Medianews.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Onun barəsində Səbail Rayon Məhkəməsində 4 ay həbs qətimkan tədbiri seçilib.