Tovuz polisinə yeni müavin təyin olunub.
Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun əmri ilə Tovuz rayon Polis Şöbəsinin rəisinə yeni müavin təyin edilib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, polis polkovnik leytenantı Anar Xəlilov Tovuz rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
Bu təyinata kimi A.Xəlilov Masallı rayon Polis Şöbəsində işləyib.