Almaniya paytaxtında nadir təbiət hadisəsi müşahidə olunub.

TCH telekanalı xəbər verir ki, Berlin səmasında qeyri-adi formalı buludlar görünüb. Buludlarla bərabər göy qurşağı da şəhər səmasını bəzəyib.

Meteoroloqlar bildirirlər ki, belə buludlar bir qayda olaraq, ilin isti aylarında, fırtınadan öncə müşahidə olunur. Lakin Almaniyada qeydə alınan hal istisna təşkil edir.