Aparıcı Elgiz Əkbərin bağ evindən oğurluq ediblər.

Metbuat.az xəbər verir ki, bununla bağlı Elgiz Əkbər polisə müraciət edib.

Aparıcı oğurluqla bağlı bunları deyib: “Tək bizim deyil, qonşularımızın da bağ evindən oğurluq ediblər. Mən efirdə idim, qonşu zəng etdi ki, qapınınızı sındırmağa çalışıblar. Oğurluq edən şəxs kiçik nəfəslik pəncərədən evə keçib. Mən polisə müraciət etdim. İki gün ərzində oğurluq edən şəxsi tapdılar”.