Ayaqlardakı şişkinlik qaraciyər serrozu kimi ağır xəstəliyin xəbərçisi ola bilər.

Bu barədə “Express” nəşri məlumat verib.

Həkimlərin sözlərinə görə, bu əlamət qaraciyərin normal çalışma cəhdlərindən xəbər verir. Bununla yanaşı, daimi yorğunluq, iştahsızlıq və çəkinin azalması da serrozun əlamətlərindən ola bilər.

Bəzi serroz xəstələrində ürək bulanma, qusma, qaraciyər nahiyəsində ağrılar, yuxu rejiminin pozulması, dəridə sızanaqlar kimi hallar da qeydə alınır.