Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayına dair maraqlı məlumatlar almışıq. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanına liderlik edir.
Musavat.com-un əldə etdiyi eksklüziv məlumata görə, Azəraycanın müxalif çizgili, yaxud müstəqil sayılan 4 partiyası sabahkı qurultaya Yeni Azərbaycan Partiyasına qoşulacaq.
Onlar aşağıdakılardır:
– Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,
– Azərbaycan Kəndli Partiyası sədri Məmməd Məmmədov,
– Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan.
– Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.
Partiyaların dördü də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçiriblər.
İrəliləyən dəqiqələrdə adları çəkilən partiyaların rəhbərləri ilə müsahibələri təqdim edəcəyik.