Almaniyalı supermodel Haydi Klum 20 il öncəki fotolarını paylaşıb.

“Korrespondent”in yaydığı məlumata görə, məşhurun “Instagram” hesabında dərc olunan fotolar arasında modelin çılpaq təsvirləri də var.

Təsvirlərdə Klum təkcə ayaqqabı ilə sinəsini əli ilə tutaraq əks olunub.

47 yaşlı model paylaşımın altından fotoların 2001-ci ilə aid olduğunu yazıb.

O, şəkillərin altındakı şərh bölümünü də deaktiv edib.