Hollivud aktyoru Brüs Uillisin səkkiz yaşlı qızı ilə görüntüləri kəskin tənqid olunub.
Sənətçinin həyat yoldaşı Emma Hemingin “Instagram” hesabında yayımladığı video pərəstişkarlar tərəfindən qəzəblə qarşılanıb.
Bu barədə Lenta.ru xəbər yayıb.
Kadrlarda Hollivud ulduzu öz həyat yoldaşı, qızları səkkiz yaşlı Meybl və altı yaşlı Evelinlə əks olunub. Videoda aktyorun böyük qızını dodağından öpməsi istifadəçilərin narazılığına səbəb olub.