Rusiya sülhməramlı qüvvələri Ağdərə bölgəsində 30-dan çox 152 mm-lik fuqas top mərmilərini zərərsizləşdiriblər.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 1548 hektar ərazi, 484 km yol, 1524 yaşayış obyekti partlamamış hərbi sursatlardan təmizlənib, 24 994 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Kəşf olunan partlayıcı obyektlər xüsusi təchiz olunmuş Ballıca təlim meydançasına çıxarılaraq məhv edilib.