Müğənni Ayan Babakişiyeva “10 qat şou” proqramında qonaq olub.
Musavat.com xəbər verir ki, müğənni qızı Selena haqqında danışıb. O bildirib ki, bundan sonra övladını efirə çıxarmayacaq:
“Qızıma efir olmaz. Heç vaxt imkan vermərəm ki, efir adamı olsun. Ümumiyyətlə, şou sahəsindən uzaq tuturam. Qızım ya həkim, ya da vəkil olsun. İnsanların haqqını qorusun. Deyirlər, heç vaxt heç vaxt demə. Amma mən bunu əminliklə deyirəm: efirə qoymayacağam”.