Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərində yerləşən “Bakı” kafesində atışma baş verib.

BAKU.WS “rbc.ru”ya istinadən xəbər verir ki, atışma nəticəsində bir azərbaycanlı öldürülüb.

Öldürülən şəxs 39 yaşlı Qabil Rəşidovdur. O, Lənkəran rayonunda doğulub.

Rusiya polisinin verdiyi məlumata görə, tərəflər arasında mübahisəyə ərazidə qar təmizlənərkən kafenin reklam lövhəsinin bağlanması səbəb olub.

Rusiyada “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü - VİDEO