NEW YORK, NY – SEPTEMBER 20: Sarah Jessica Parker seen on the streets of Manhattan on September 20, 2016 in New York City. (Photo by James Devaney/GC Images)

“Böyük şəhərdə sevgi” serialı ilə məşhurlaşan Sara Cessika Parker artıq öz biznesini qurub. Aktrisa Nyu-Yorkun mərkəzində butik sahibidir.

“StarNews”un məlumatına görə, bu səbəbdən adətən işə gedərkən paparazilərin hədəfinə tuş gələn Parker son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib.

55 yaşlı ulduz retro stildə parlaq güllü sarafan və uzunqol dama-dama köynəkdə görünüb. Onun çəhrayı qolfları və dikdaban ayaqqabısı isə obrazına orijinallıq qatıb.

Onun bu obrazı pərəstişkarlarının bəziləri tərəfindən yüksək qiymətləndirilsə də, bir çoxları bu imici ona yaraşdırmayıb. Tənqidçilər “Böyük şəhərin seksual füsünkarı”nın stilindən heç nə qalmadığını təəssüflə qeyd ediblər.