Bir az əvvəl İrəvanda “Vətəni xilas hərəkatı”nın təşkilatçılığı ilə baş nazir Nikol Paşinyanın istefası tələbilə keçirilən itaətsizlik aksiyası başa çatıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Daşnaksütyun partiyasının nümayəndəsi “Yerkir Media” telekanalının informasiya-analitik xidmətinin direktoru Qeqam Manukyan bildirib ki, üçüncü gün İrəvanda spontan etiraz aksiyaları keçiriləcək. Növbəti gün isə paytaxtdan Ermənistanın müxtəlif bölgələrinə yürüşlər olacaq.
Həmin aksiyalarda da N.Paşinyanın istefası tələbi qoyulacaq. Manukyan deyib ki, bölgələrlə bağlı davamlı aksiyaların yeri və vaxtı haqda əlavə məlumat veriləcək.