Bakı-Qazax magistral yolunda baş verən dəhşətli zəncirvari qəzanın görüntüləri yayılıb.

Magistralın Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınan yol qəzasında onlarla maşın toqquşub.

Yolun buz bağlaması nəticəsində təxminən 30 avtomobil bir-birinə dəyib.

Qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur. Kadrlardan göründüyü kimi avtromobillərə ciddi ziyan dəyib.

Dəhşətli qəzadan görüntüləri təqdim edirik: //Baku.ws