Tanınmış meyxanaçılar Rüfət Nasosnu, Orxan Lökbatanlı və Mehman Əhmədli məsuliyyətə cəlb ediliblər.
Medianews.az Trend-ə istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həmin şəxslər karantin qaydalarını pozduğu aşkar olunub.
Qeyd olunan şəxslər hüquq-mühafizə orqanaları tərəfindən inzibati xətalar məcəlləsinin 211-ci maddəsinə əsasən hər bir 400 azn məbləğində cərimə ediliblər.