Rusiyalı balerina İlmira Baqautdinova Batareynaya buxtasının müdafiəsinə diqqət çəkmək və orada taxıl terminalının inşasına etiraz üçün qeyri-adi üsul seçib.

“Strelkamag”ın məlumatına görə, ağ qu quşu rəqsini ifadə edən artist bununla bağlı videonu özünün “Facebook” səhifəsində yayımlayıb və istifadəçiləri prezidentə ünvanlanan petisiyanı imzalamağa çağırıb.

“Yazda qu quşlarının yuva qurduğu, yayda ailələrin uşaqları ilə dincəldiyi, qışda yüzlərlə balıqçının ov etdiyi, kvadrosikillər və xizəkçilər üçün parkurlarla təchiz olunan misilsiz təbii və tarixi yer… Burada təbiət insanlarla uyğunlaşır. Bütün bunlar məhv olmaq təhlükəsi astanasındadır”, – deyə Baqautdinova bildirib.