“Müharibə vaxtı əlimizdə olan hərbi texnika zədələnməmişdi və saz vəziyyətdə olub”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlə Ermənistan Milli Assambleyasının keçmiş deputatı, hazırda müxalifətdə olan Respublika partiyasının (sədri Serj Sərkisyandır-red.) nümayəndəsi Ovanes Saakyan tərəfindən səslənib.
Onun sözlərinə görə, bunu Bakıda keçirilən paradın kadrlarından da görmək mümkündür.
“Görünür həmin texnikanın Azərbaycana nəsib olması üçün hərbi hissələrdə qoyub qaçıblar”,-deyə emrəni siyasətçi söyləyib.
Ovanes Saakyanın sözlərinə görə, sən demə, Serj Sərkisyan torpaqları Laçın və Kəlbəcərdəki yolların Ermənistanın nəzarətində qalması və qondarma “DQR”in status qazaması şərtilə geri qaytaracaqmış. Onun bildirdiyinə əsasən, Füzuli və Cəbrayıl kimi rayonlarda aparılan işlər orada xidmət edən əsgərlər üçün həyata keçirilib.
O.Saakyan baş nazir Nikol Paşinyanın Şuşanın “tutqun şəhər” olması barədə sözlərinin də anlaşılmaz olduğunu söyləyib. Onun söylədiyinə görə, işğal illərində Şuşaya hətta Xankəndindən daha çox sərmayə qoyulub.
Ovanes Saakyan hazırkı iqtidarın günlərinin sayılı qalıdğını düşünür: “Əvvələr velosipedlə getdikləri yerlərə indi heç maşınla rahatlıqla çata bilmirlər. Bir çox əyalətlərin qapları isə iqtidar siyasətçiləri üçün artıq qapanıb. Üstəlik parlamentə keçmək üçün 5%-lik baryeri aşa bilməyəcəklərini gördükdən sonra onu 4%-ə endiriblər,” -deyə o qeyd edib.