Şəmkir və Gədəbəyə yağan güclü qar çətinliklər yaradıb.
Avtosfer.az-ın məlumatına görə, Gədəbəy-Şəmkir yolunda, xususilə “Yasamal aşırımı” adlanan ərazidə avtomobillərin hərəkətində çətinlik yaranıb.
Daxili İşlər Nazirliyinin Qərb bölgəsindəki regional şöbəsi sürücülərin həmin yollardan az istifadə etməsini tövsiyə edib.
Hazırda qeyri-sabit hava şəraiti davam edir.
Ərazidə xidmət aparan Şəmkir rayon DYP Bölməsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Yolda qalan sürücülərə kömək edir, hərəkətin təhlükəsizliyini təmin edirlər.