İran İslam Respublikasının cənubunda 5,6 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, zəlzələ yerli vaxtla saat 22:05-də qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Məlumata görə, zəlzələ zamanı 10 nəfər xəsarət alıb.