Zəngəzurun Zeyvə kəndində süni məskunlaşdırılan ermənilər bu yaşayış məntəqəsini tərk edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə kəndin icma rəhbəri Beniamin Poqosyan açıqlamasında bildirib.

O, sərhədlərin delimitasiyasından sonra Azərbaycan Ordusunun mövqelərinin kəndə yaxın olduğunu bildirib. Eyni zamanda artıq təsərrüfatla məşğul olmaq üçün yararlı torplaqların az olmasından şikayətlənib.

“Mövqelərin Azərbaycana verilməsindən sonra nə heyvandarlıq, nə də əkinçiliklə məşğul olmaq mümkündür. Kəndlilər mal-qarasını satıb kənddən çıxır. Hökumət bizim problemlərlə maraqlanmır”.

Onun sözlərinə görə, vəziyət belə davam edərsə, yaxın vaxtlarda kənd tamamilə boşaldılacaq.