Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova vəzifəsindən ayrılıb.
Medianews.az xəbər verir ki, bu barədə Pərvin Məmmədova özü məlumat verib.
“2018-ci ildən fəaliyyət göstərdiyim və mənə çox doğma olan Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə yollarımız ayrılır.
Hər birinizə dost münasibətiniz, sıx əməkdaşlığınız üçün çox təşəkkür edirəm. Ümid edirəm, aramızda anlaşılmazlıq olmayıb”, – deyə Pərvin Məmmədova bildirib.
Qeyd edək ki, o bundan sonra fəaliyyətinə Odlar Yurdu universitetinin “İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi”nin müdiri kimi davam edəcək.
“Təhsilin həyatımızda, məqsədlərimizə gedən yolda rolu əvəzsizdir. Bu yolda az da olsa qatqım olacaqsa, nə gözəl. Mənə göstərdikləri etimad çox dəyərlidir. Fəaliyyət göstərəcəyim müddətdə bu etimadı doğrultmağa və əlimdən gəldiyi qədər faydalı olmağa çalışacağam”.