Meksikada gözəllik müsabiqəsinin qalibi Laura Mojika Romero insan oğurluğuna görə tutulub.

“HaberTürk” məlumat verir ki, 25 yaşlı Romero qeyri-qanuni əməllərlə məşğul olan qrupun üzvü olmaqla ittiham edilib.

Həbs edilən üç qadın və beş kişidən ibarət qrupun üzvü olan Meksika gözəli günahı sübut olunacağı təqdirdə 50 ilə qədər azadlıqdan məhrum oluna bilər.