“Mançester Yunayted” yarımmüdafiəçisi Meyson Qrinvudla müqaviləni uzadıb.

Bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Yeni müqavilə daha bir müddəti artırılmaq imkanı ilə 2025-ci ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, M.Qrinvud “Mançester Yunayted”in akademiyasının yetirməsidir və yeddi yaşından etibarən klubda çıxış edir.