Rusiyada qəribə olay yaşanıb.

Milli.Az Dailymail-ə istinadla bildirir ki, Rusiyada yaşayan 33 yaşlı Natalia Vazina üç körpəsi ilə birlikdə Moskva yaxınlığında meşəliklərin birində çılpaq halda tapılıb.

Yoldan keçən şəxslərdən biri mənfi 15 dərəcə şaxtada küçədə donan 4 nəfər barədə polisə müraciət edib. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Həkimlər bildirib ki, uşaqlardan biri komaya düşüb, biri pnevmponiya olub, qadının özünün isə ayaqları və əlləri donub.

Natalia Vazina cinayətə təşəbbüs səbəbindən saxlanılıb. O, ifadəsində bildirib ki, evli kişi ilə münasibətdə olduğuna görə özünü günahkar hiss edib və günah çıxartmaq üçün belə bir üsula əl atıb.

İddialara görə, qadın bir müddət əvvəl dinə yönəlib.

Qeyd edək ki, Natalia Rusiyanın tanınmış iş adamı olan 43 yaşlı Ilya Klyuevin məşuqəsidir. Ailəli olan İlya Natalianın övladlarının atasıdır. Onun öz xanımından da uşaqları var.

Uşaqları ilə birlikdə meşəlikdə çılpaq tapılan qadının sirri bilindi - FOTO