Şəmkir şəhərində piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, Şəmkir rayon sakini, 61 yaşlı Vətəngül Hüseynovanı avtomobil vurub.

Ayağından xəsarət alan qadın yaxınları tərəfindən Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.