Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Gəncəli kəndində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 42 yaşlı qadın qarın və sinə nahiyəsindən çoxsaylı bıçaq yaraları alıb.

İlkin məlumatlara əsasən, hadisəni mübahisə zəminində qadının oğlu törədib.

Qadın xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı istintaq başlayıb. Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi artıq saxlayıb.