Çempionlar Turunun “Opera Euro Rapid” adlanan III mərhələsində çıxış edən Teymur Rəcəbov üçüncü yeri tutub.

Həmyerlimiz 3-cü yer uğrunda görüşdə Fransa təmsilçisi Maksim Vaşye-Laqrava qalib gəlib.

İlk oyun günündə rəqibini 2,5:1,5 hesabla üstələyən Rəcəbov bu gün ilk iki partiyasını da qələbə ilə yekunlaşdırmağı bacarıb. Beləliklə, ikinci oyun günündə ən azı 2:2 hesablı heç-heçəni təmin edən Teymur cütün qalibi hesab olunur.