Fil Dişi Sahili yığmasının sabiq futbolçusu Yaya Ture məşqçiliyə başlayıb.
Apasport.az saytının məlumatına görə, “Mançester Siti” və “Barselona”dakı çıxışı ilə tanınan yarımmüdafiəçi Ukrayna klubu “Olimpik”də fəaliyyət göstərəcək.
Donetsk təmsilçisi rəsmi saytı vasitəsilə 38 yaşlı keçmiş oyunçunun köməkçi-məşqçi postuna təyin olunduğunu açıqlayıb. O, baş məşqçi İqor Klimovskinin köməkçisi olacaq.
Qeyd edək ki, Yaya Ture son olaraq ötən il Çinin “Çindao Haynyu” klubunun formasını geyinib.