Gözəlliyi ilə hər zaman haqqında danışılan 47 yaşlı Hollivud ulduzu Kameron Diazın son halı görənləri heyrətə gətirib. Əvvəlki cazibədarlığını itirərək tamamilə evdar bir qadına çevrilən aktrisa çox kökəlib. O, artıq evdən səliqəsiz geyimdə və makiyajsız çıxır.

Bu barədə “Vse-pro” xəbər yayıb.

Bildirilir ki, aktrisa hər zaman “qaydalara uyğun” yaşayıb, saç düzümünün hər telinə diqqət edib, eyni paltarın iki dəfə geyinməkdən çəkinib və hər zaman dikdaban ayaqqabıda olub.

İndi isə ən çox sevdiyi ayaqqabı adi rezin başmaqlar, soyuq havalarda isə çəkmələrdir.

O artıq iki ilə yaxındır ki, filmlərdə çəkilmir, əyləncəli gecələrə, partilərə qatılmır və sadə həyat tərzi keçirir.

Diazı əvvəlki halında ancaq növbəti kitabının təqdimatında görmək mümkün olacaq. O, özündə yazıçı istedadını kəşf edib. Aktrisanın qadın gözəlliyi, sağlamlığı və qidalanma barədə iki kitabı bestsellerə çevrilib.

Ehtimal olunur ki, aktrisa Benci Meddenlə xoşbəxt evlilik yaşayır, buna görə də xarici görünüşü onu narahat etmir.