Kürüdükləri qarı həyətinə tökdükləri üçün qonşularını güllələdi.

“Life Shot” “Telegram” kanalının məlumatına görə, dəhşətli hadisə Amerikanın Pensilvaniya ştatında Pleyns şəhərində baş verib.

47 yaşlı Ceffri Speyd küçənin digər hissəsində yaşayan cütlüklə əvvəlcə mübahisə edib, sonra isə silahını çıxardaraq 48 yaşlı Liza Qoyu və 50 yaşlı əri Ceymsi güllələyib. Patronlar bitdikdən sonra o, evinə qayıdıb, tüfəngini götürərək yenidən qayıdıb, qurbanlarına bir neçə atəş də açıb.

Polis hadisə yerinə gəldikdə isə Speyd intihar edib.