Şirvanda qətl törədilib.
Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 00:00 radələrində rayonun Şirvan şəhəri, Naxçıvan küçəsi 12 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1969-cu il təvəllüdlü Durna Həsən qızı Dadaşova boğularaq qətlə yetirilib. Qətlə yetirilməzdən əvvəl qadının əl-qolu bağlanıb.
Hadisənin motivi hələlik məlum deyil.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılır.