Şəhid ailə üzvlərinin istehlak kreditlərinin silinməsi ilə bağlı danışıqlar artıq yekun mərhələdədir.

Bunu Trend-ə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, yaxın günlərdə bu kreditlərin bağlanması həyata keçiriləcək.

E.Hüseynov əlavə edib ki, bu günə qədər 100-dən artıq şəhid ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı onların bank hesablarına vəsait köçürülüb.