Bakıda naməlum şəxs özünü 18 mərtəbəli yaşayış binasından atıb.

Medianews.az “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsində “TikMat” kimi tanınan binada qeydə alınıb.

Məlumata görə, həmin şəxs hadisə yerində keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.