FHN-dən APA-ya bildirib ki, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.
Axtarış-xilasetmə işləri davam edir.
Hadisənin səbəbləri dəqiqləşdirilir.
***
Xırdalanda qaz sızması nəticəsində yaşayış binasında partlayış baş verməsi haqqında məlumat yayılıb.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerindədir. Ətraflı məlumat veriləcək.