Dünən axşam saatlarında Şəmkir rayonunun Qədim Qala kəndində “Qərb bölgəsi press qəzetinin və Qərb.TV” internet televiziyasının redaktoru və təsisçisi Əliyev Bəxtiyar Adil oğlunun öldürülməsinin bəzi təfərrüatları məlum olub.

BAKU.WS-in bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, hadisə dünən axşam təxminən saat 20:00 radələrində baş verib.

Mərhumun dayısı oğlu Vasif Aslanov Bəxtiyar Əliyevi kəndin 4-cü küçəsi adlanan ərazisində ov tüfəngi ilə baş nahiyyəsinə atəş açaraq öldürüb.

Bəxtiyar Əliyevin anası Zahidə Aslanova BAKU.WS-in bölgə müxbirinə bildirib ki, hadisədən bir neçə gün öncə qardaşıoğlu Vasif Bəxtiyara dəfələrlə zəng edib.

“Bəxtiyar mənə dedi ki, Vasif üç gündür mənə zəng edir. Mən Vasifə zəng etdim və nə istədiyini soruşdum.

Dedi ki, “heç nə, onunla üz-üzə görüşmək istəyirəm”. Nə məsələ olduğunu isə mənə demədi. Dünən gecə isə oğlumu öldürdü”, – deyə Z.Aslanova bildirib.

Bir digər məlumata görə, hadisəyə səbəb Bəxtiyar Əliyevin öz dayısı, qətli törədən Vasifin isə əmisi olan Mayıs adlı şəxsi həbs etdirməyə çalışması iddiasıdır.

Məlumat üçün bildirək ki, hadisədən sonra Vasif Aslanov polisə təslim olub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb.

Redaktorun qətlə yetirilməsinin təfərrüatları məlum olub - FOTO

Redaktorun qətlə yetirilməsinin təfərrüatları məlum olub - FOTO

Redaktorun qətlə yetirilməsinin təfərrüatları məlum olub - FOTO