Rüstəm Qurbanovun 19 yaşı var.

Medianews.az BAKU.TV-yə istinadən xəbər verir ki, o, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib.

Minamyot partlayışı nəticəsində ciddi xəsarət alıb. Bir ay danışa bilməyən, ayaqlarından yaralanan Rüstəm hazırda dövlətin yardımı sayəsində müalicə alır.

Rüstəmin 2 yaşı olarkən atası onları atıb Rusiyaya gedib. O vaxtdan Rüstəm atasını görməyib, anasının himayəsində böyüyüb.

Rüstəmin sözlərinə görə, o, hal-hazırda arabaya məhkum olub, kirayə yaşadığı ev də balacadır və evdə rahat hərəkət etmək üçün şərait yoxdur.

Onun ən böyük istəyi odur ki, kimsə onlara kreditlə ev almaqda köməklik göstərsin.

Daha ətraflı BAKU.TV-nin xüsusi reportajında: