Çinin Hebei vilayətində koronavirusla əlaqədar tətbiq edilən sərt karantin rejiminə məhəl qoymayaraq küçədə gəzən yaşlı kişi rəsmi qurumlar tərəfindən cəzalandırılıb.

“Daily Mail” agentliyi xəbər verir ki, təqaüdçünü küçədə sütuna bağlayıblar.

Ətrafdakı insanlar hadisənin baş verdiyi anı telefona çəkərək ictimailəşdiriblər.

Yerli hökumət qurumları cəza faktını təsdiqləsələr də, bu mövzuda ətraflı şərh verməkdən imtina ediblər.