Ermənistanın baş naziri Nikol Paşinyan axşam saatlarında maskalı şəxslərin müşayiətilə parlamentinə gəlib. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Bildirilir ki, baş nazir parlamentdəki hökumət saatında iştirak edir.

Bu arada politoloq və hüquqşünas Robert Makaryan maraqlı iddia ilə çıxış edib. O bildirib ki, baş nazir parlamentin iclasına zirehli geyimdə gəlib. “Ali baş qorxaq parlamentdəki hökumət saatında zirehli geyimdə idi?”, deyə sual edən politoloq ardınca bildirib ki, videokadrlara badxıqda belə görünür. Onun sözlərinə görə, kadrlardan baş nazir vəzifəsinin sahibinin köynəyin altından nəsə geyindiyi müşahidə edilir. Hüquqşünas əlavə edib ki, bunu gözəçarpan dərəcədə dar köynək və gödəkçə də sübut edir.

“Qoy ekspertlər öz fikirlərini desinlər”, – Makaryan əlavə edib.

Qeyd edək ki, bu gün N.Paşinyanın arvadının və qızlarının Moskvadakı lüks həyatı da erməni mətbuatının əsas mövzularından olub.

Musavat.com