Rusiyada Moskva vilayətinin Ximki şəhərində iki yeniyetmə 17-ci mərtəbədən yıxılıb. Onlardan biri hadisə yerində keçinib.

Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, ölən qızın adı Viktoriya olub (şəkildə sağda), o yeddinci sinif şagirdidir. Rəfiqəsi Varvara isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. O, tibb işçilərinə deyib ki, şəhərə baxmaq üçün stulun üstünə çıxıblar və oradan yerə yıxılıblar.

Qızları hadisədən bir az əvvəl görən şahidin sözlərinə görə də, onlar sakit vəziyyətdə olublar.