“Real Madrid” və “Arsenal” kimi klublarda top qovmuş, Almaniya millisinin sabiq üzvü Məsut Özil İstanbulun “Fənərbağça” klubuna transfer olunub.

Medianews.az “Haber Global”a istinadən xəbər verir ki, ulduz futbolçu yeni komandasının rəhbərliyinin göndərdiyi şəxsi təyyarə ilə İstanbul aHava Limanına enib.

33 yaşlı yarımmüdafiəçini Londondan İstanbula həyat yoldaşı və qızı müşayiət edib.

Məsut Özil hava limanında olarkən ilk açıqlamasını edib və “Fənərbağça” klubunun üzvü olduğu üçün xoşbəxt olduğunu bildirib:

“Həmişə “Fənərbağça”lı olmuşam. Daha bir yuxu mənim üçün reallaşdı. Forma geyinəcəyim və klubun bir üzvü olduğum üçün çox həyəcanlıyam. İnşallah uğurlar əldə edəcəyimizə inanıram”.