Rusiya müxalifətinin lideri Aleksey Navalnı saxlanılıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, o, bu gün Almaniyadan Moskvaya təyyarə ilə gələn zaman hava limanında saxlanılıb.

Aleksey Navalnı Şeremetyevo hava limanında Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə nəzarətə alınıb.