Planetimizdəki ən sərt iqlim şərtləri xaricində Arktik bölgəsi min illərdir ki, müəyyən xalqların evi olub. Bu ərazilərdə bir çoxumuza “eskimos” adı ilə tanış olan fərqli insanlar yaşayır. İnuit də onlardan biridir. Kanadanın şimal bölgələrində yaşayan inuitlər fərqli mədəniyyətləri və sənət əsərləri ilə tanınırlar. İnuitlər eskimos mədəniyyətindən bir çox cəhətdən fərqlənirlər.
İnuitlər və ya Kanada inuitləri – hindu xalqlarından olan, Kanadada Arktik regionda yaşayan etnosdur.

Danışıqları və dillərinə görə Qərbi Kanada inuitləri və Şərqi Kanada inuitləri olmaqla iki qrupa ayrılırlar.

Tez-tez eskimoslar ilə səhv salınan inuitləri sizin üçün araşdırdıq.

İnuitlər haqqında 10 maraqlı həqiqəti təqdim edirik:

1. İnuit eskimos ilə eyni mənşəli deyil

Əslində, “eskimos” sözü şimal bölgələrində yaşayan bir çox qrup üçün istifadə olunur. Ancaq inuit üçün “eskimo” demək tamamilə səhvdir. Eskimos, Alyaska bölgəsində yaşayan şimal xalqlarını təsvir edərkən, inuit Qrenlandiya və Kanada bölgələrində yaşayan şimal xalqları üçün üstünlük təşkil edir.

Sümüklərdən gün eynəyi düzəldən İnuitlər haqqında MARAQLI FAKTLAR

2. Əslində İnuit tərəfindən icad edilmiş bir çox məhsuldan istifadə edirik

Qayıqla gəzmək və ya qarda xizək sürməkdən məmnun qalsanız, inuit insanlarına təşəkkür etməlisiniz. Onlar qar xizəklərini və kanoe icad edən insanlardır. Hamımızı təəccübləndirən başqa bir ixtira isə günəş eynəyidir. İnuitlər qədim dövrlərdə belə gözlərini günəşdən qorumaq üçün sümüklərdən və buynuzlardan istifadə ediblər.

Sümüklərdən gün eynəyi düzəldən İnuitlər haqqında MARAQLI FAKTLAR

3. İnuit dili düşündüyünüzdən daha çox yayılıb

5 fərqli ləhcəyə sahib olan inuit dilində Kanadanın şimal bölgələrində danışılır. Olduqca ənənəvi olan bu dil, yol nişanları da daxil olmaqla bir çox vacib nəşrlərdə və lövhələrdə istifadə olunur.

Sümüklərdən gün eynəyi düzəldən İnuitlər haqqında MARAQLI FAKTLAR

4.İnuitlər “İnukshuk” adı verilən sənət əsərləri ilə də məşhurdur

Hər icma kimi, inuit də ənənəvi sənətlərə sahibdir. Məsələn, inuitlər sabun bişirmə, daş oyma, tekstil işində olduqca bacarıqlıdırlar. Ən məşhur əsərləri “İnukshuk” adlanan bu heykəllərdir. Yığılmış daşlardan hazırlanmış bu heykəllər 2010 Qış Olimpiya Oyunlarının loqosu kimi istifadə edilib.

Sümüklərdən gün eynəyi düzəldən İnuitlər haqqında MARAQLI FAKTLAR

5.İtlərlə xizəkçəkmə inuitlər arasında çox yayğındır.

Xizəkçəkmə işini o qədər irəli aparıblar ki, bu iş üçün xüsusi cins itlər də yetişdiriblər. “Kamutik” adını verdikləri bu cins itlər sərt hava şəraitinə tab gətirə bilən, ağır yüklər çəkə bilən və kobud sahələrdə də uğurla irəliləyən sadiq bir xarakterə sahibdir.

Sümüklərdən gün eynəyi düzəldən İnuitlər haqqında MARAQLI FAKTLAR

6. İnuitin məşhur olduğu bir başqa məsələ də ov bacarıqlarıdır

Planetimizdəki ən iri heyvanların olduğu bölgədə yaşayan inuit xalqı ehtiyacı olan qidanı əldə etmək üçün böyük mübarizələr aparıb. Bu da onları yeni icadlar çıxarmağa məcbur edib. Suitilərdən morjlara, qurdlardan müxtəlif balinalara qədər bir çox heyvanı ovlamaqda öz həyatlarını peşəkar şəkildə davam etdirirlər.

Sümüklərdən gün eynəyi düzəldən İnuitlər haqqında MARAQLI FAKTLAR

7. İnuit də öz aralarında etnik qruplara bölünür

İnuitlərin əksəriyyəti gənclərdir. Son siyahıyaalmaya görə inuit xalqının orta yaşı 24-dür. Xalq içərisində yaşlı insanlar çox olmadığı üçün yaşlılara çox böyük hörmət edilir. İnuitlər də müxtəlif etnik qruplara bölünürlər: Iglulingmuit, Inuinnait, Kivallümrük, Labradormiut, Netsilingmiut, Nunavimmiut.

Sümüklərdən gün eynəyi düzəldən İnuitlər haqqında MARAQLI FAKTLAR

8. Günümüzdə böyük şəhərlərdə yaşamağı üstün tutan inuitlər də var

Son hesablamalar Kanadada 64.000 inuitin olduğunu təsdiqləyir. Əhalinin 10% -i, təxminən 6.000 nəfər, ölkənin qalan hissəsinə yayılıb. Ottavanın paytaxtı inuitlərin yaşadığı şəhərlər siyahısında birinci yerdədir.

Sümüklərdən gün eynəyi düzəldən İnuitlər haqqında MARAQLI FAKTLAR

9. İnuitlərin əksəriyyəti özlərinə aid bölgələrində yaşayırlar

Kanadanın şimal bölgələri üçün ərazi tələbi müzakirələrindən sonra inuitlərə dörd böyük bölgənin verilməsinə qərar verilib. Bu dörd bölgənin cəmi Kanada torpaq kütləsinin təxminən 40% -ni təşkil edir. Yəni olduqca böyük bir ərazidir. Bu ərazilərdə ümumilikdə, 53 icma yaşayır və ərazi inuitlərin yaşadığı yer Nunangat adlanır.

Sümüklərdən gün eynəyi düzəldən İnuitlər haqqında MARAQLI FAKTLAR

10.İnuitlər təsəvvür etdiyiniz kimi, çox fərqli bir ağız dadına malikdir

İl boyu yaşıllıqdan məhrum olan inuitlərin pəhrizləri aşağı karbohidratlıdır. Lakin protein və yağ baxımından çox zəngindirlər.
Onlar çiyələk, ot və yumru bitki məhsullarını əldə etməkdə ustadırlar. Əlavə olaraq onu da bildirək ki, inuitlər çiy yosunlar ilə də qidalanırlar.

Turan Oruc
Musavat.com