Los-Ancelesdə 46 yaşlı Herbet Nikson Flores üç yaşlı qızının gözünün qarşısında arvadını güllələyib. Baş verənlər müşahidə kamerası tərəfindən qeydə alınıb.

Bu barədə “The Daily Dot” xəbər yayıb.

Kadrlardan görünür ki, Karen Ruis evin yanında maşını park edir. Bu vaxt arxadan başqa maşın yaxınlaşır. Bu an qadın avtomobilindən çıxaraq binaya doğru qaçır, digər maşının sürücüsü də onun arxasınca düşərək bir neçə dəfə atəş açır. Videoda uşaq ağlamağının səsi də gəlir.

Bildirilir ki, hüquq mühafizəçiləri küçədə atışma ilə bağlı çağırışa gedərkən hadisə yerində güllə yarasından ölən 35 yaşlı Karen Ruisin cəsədini aşkarlayıblar.

Şübhəli hadisə yerindən qaçıb. Onun axtarışına FTB qoşulsa da, tapılmayıb.