Çində səkkiz ayda ilk dəfə koronavirus xəstəsi vəfat edib.

TASS-ın məlumatına görə, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat verib.

May ayının ortalarından bəri qeydə alınan ilk ölüm hadisəsi Hebey əyalətində olub. Qeyd edək ki, sözügedən ərazidə yanvarın əvvəlində koronavirus yenidən yayılmağa başlayıb.

O da bildirilir ki, Çində son 24 saat ərzində 138 yeni yoluxma və 78 simptomsuz daşıyıcı aşkar edilib.