Türkiyə kubokunda 1/8 final mərhələsinə start verilib.

İlk oyun günündə üç qarşılaşma keçirilib.

Super Liqa təmsilçisi “Antalyaspor” aşağı liqada çıxış edən “Bursaspor”un qonağı olub. Elita təmsilçisi qarşılaşmanın taleyini ilk yarıdakı üç qolla həll edib.

Aşağı liqanın daha bir iştirakçısı “Adana Dəmirspor” “Sivasspor”a uduzub. Əlavə vaxtda vurulan top sivaslıları 1/4 finala keçirib.

Oyun gününə “Qalatasaray”ın matçı ilə yekun vurulub. “Sarı-qırmızılılar” “Yeni Malatyaspor”un qonağı olub. Əsas vaxtda hesab açılmayıb. Əlavə vaxtda hərəyə bir qol vuran komandalar oyunun taleyini penaltilər seriyasında müəyyənləşdiriblər. Uzun davam edən seriyada daha dəqiq olan “Qalatasaray” mərhələ adlayıb.

Qeyd edək ki, 1/8 final mərhələsinə yanvarın 14-də yekun vurulacaq.

Türkiyə kuboku
1/8 final
12 yanvar

“Bursaspor” – “Antalyaspor” – 0:3
Qollar: Özmert, 6 (pen.), Bayrakdar, 33, Yahoviç, 36

“Sivasspor” – “Adana Dəmirspor” – 2:1, əlavə vaxtda
Qollar: Yasin Öztekin, 37, Yatabare, 116 – Akgün, 43

“Yeni Malatyaspor” – “Qalatasaray” – 1:1, pen. 6:7
Qollar: Umut Bulut, 102 – Luindama, 120