Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına analoji olaraq benzinə və dizelə tələbat da yüksəlib.

BAKU.WS xəbər verir ki, dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. Həmin dövrlərdə respublika üzrə orta aylıq əmək haqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib. Göründüyü kimi əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb.

Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması:

  • Həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması;
  • Ekoloji mühitin yaxşılaşdırılması;
  • Neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi;
  • 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur;
  • Tarif tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb.
  • Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə onların arasında qiymət fərqi azaldılıb.

Qiymət artımının qarşısını almaq üçün tədbirlər görüləcək - AÇIQLAMA

Aİ-92 markalı avtomobil benzini əsasən şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Misal üçün, bir avtomobil çəninin orta benzin tutumu 50 litr götürülərsə, avtomobil sahibi bir çənin tam doldurulması üçün əlavə 5 manat, dizellə işləyən avtomobil sahibi isə əlavə olaraq 10 manat ödəyəcəkdir. Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq.

Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq sosialyönümlü tədbirlərə yönəldiləcəkdir. Tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitdən büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da sərf oluna bilər. Tarif artımı çox deyil və vətəndaşların ailə büdcəsinə ciddi bir təsir etməyəcək.

Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaqdır.

Qiymət artımının qarşısını almaq üçün tədbirlər görüləcək - AÇIQLAMA

Qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcəkdir. Alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığı müstəvisində imkanlar yaradılacaq. Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir.

Millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib ki, dizel yanacağının qiyməti xüsusən iki sektorda xərclərə birbaşa təsir göstərir:

“Bunlardan birincisi kənd təsərrüfatı sektorudur. Bu sektorda istifadə olunan texnikanın əhəmiyyətli hissəsi dizel yanacağından istifadə edir. Digər sektor isə nəqliyyatdır, xüsusən də ictimai nəqliyyat. Bu baxımdan dizel yanacağının qiymətindəki artımlardan sonra hər iki sektor üzrə dəstək paketinin genişləndirilməsi gözlənilir. Nəzərə alsaq ki, il yeni başlayır və kənd təsərrüfatında subsidiyadaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür.

Təklif edərdim ki, aqrar sektorda subsidiyaların 2021-ci il üçün məbləği hesablanarkən dizel yanacağındakı qiymət artımı nəzərə alınsın. Həmin qiymət artımından yaranan fərq nəzərə alınmaqla subsidiya məbləği hesablansın. Bu zaman artıq dizel yanacağının qiymətinin artmasının kənd təsərrüfatı məhsullarının qiymətinə təsirlərini minimumlaşdırmaq mümkün olacaq.

Qiymət artımının qarşısını almaq üçün tədbirlər görüləcək - AÇIQLAMA

Subsidiya məbləğinin artırılması imkan verəcək ki, aqrar sektorda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərindəki potensial artımın qarşısı alınsın və qiymətlərdəki stabilliyi qoruyub saxlamaq mümkün olsun”.

Deputat əlavə edib ki, Tarif Şurasının qərarında qeyd olunduğu kimi, hökumət ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan sahibkarlar üçün dəstək mexanizmi hazırlayır:

“Dəstək mexanizmində dizel yanacağının qiymətinin artmasına yaranan fərqin nəzərə alınması və buna uyğun olaraq ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi dəstəyin nümayiş etdiriləcəyi gözlənilir. Bu da təbii ki, vacibdir. İctimai nəqliyyatda fəaliyyət göstərən sahibkarların xərclərinin optimallaşdırılması baxımından əhəmiyyətlidir. Nəzərə alsaq ki, rəsmi olaraq açıqlamalar yayılıb ki, ictimai nəqliyyatda qiymət atımları gözlənilmir, bununla bağlı rəsmi müraciət yoxdur.

Həmin kontekstdən dizelin qiymətinin artmasındakı fərqin nəqliyyat sektorunda olan sahibkarlar üçün dövlət tərəfindən dəstək formasında ödəniləcəyi gözlənilir. Eyni zamanda nəzərə alsaq ki, belə qiymət artımlarının psixoloji tərəfləri olur. Daha məqsədəuyğun olar ki, istehlak bazarındakı monitorinqlər güclənsin. Xüsusən də süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi çox vacibdir. Bu dizel və benzinin qiymətinin təsir etmədiyi sektorda süni şəkildə qiymət artımının baş verməməsi üçün monitorinqlərin gücləndirilməsinə ehtiyac var. Bu monitorinqlər hansı məhsulların xərclərinin qiymət artımlarına təsir edib-etməməsi baxımından vacibdir. Bu da təbii ki, bazarda psixoloji səbəbdən süni qiymət artımlarının qarşısını ala bilər”.