İspan model Corcino Rodriqes sevgilisi olan “Yuventus”un hücumçusu Kriştianu Ronaldunu 2021-ci ilin ilk qələbəsi münasibəti ilə təbrik edib.

Medianews.az qol.az-a istinadən xəbər verir ki, o, Turin təmsilçisinin A seriyasının 15-ci turunda “Udineze”ni 4:1 hesabı ilə məğlub etdiyi oyundan sonra “İnstaqram” hesabında paylaşım edib. Sözügedən görüşdə dubl edən portuqaliyalı hücumçunun şəklini paylaşan Corcino bu sözləri yazıb: “Zəhmət hər şeyi qazanır. İlin ilk hədəfi. Çox gözəl, sevgilim!”

Corcina Ronaldunu belə təbrik etdi - FOTO