Beyləqan rayonunda avtomobil dərəyə aşıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə İkinci Aşıqlı kəndində baş verib.

Hadisə barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verilib. “Mercedes” markalı mikroavtobusun dərəyə aşması nəticəsində bir nəfər vəfat edib, bir neçə nəfər isə xəsarət alıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə olan bir nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan dörd nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Yol qəzasının təfərrüatı araşdırılır.