İtaliyanın “Cenoa” klubunun 19 yaşlı yarımmüdafiəçisi Nikolo Rovella “Yuventus”a transfer olmağa yaxındır.
Bu barədə Goal.com saytı məlumat yayıb.
Mənbənin məlumatına görə, Turin klubu artıq 19 yaşlı futbolçu ilə müqavilənin şərtlərini razılaşdırıb.
Qış transfer pəncərəsinin açılışında hər iki klubun bu xəbəri rəsmi şəkildə açıqlayacağı bildirilir.